Gözəl və sağlam gülüş hər kəs üçün önəmlidir. Dişlərində rəng dəyişiklikləri,form pozğunluqları və ya estetik qüsurlar olan şəxslər üçün vinir dişlər ideal həll ola bilər. Bu məqalədə vinir dişlər nədir, hansı hallarda tətbiq edilir və kimlər üçün uyğun olduğu barədə məlumat verəciyik.

Vinir dişlər nədir?

Lamina vinir, laminat vinir , veneer və s. kimi adlarla bilinən vinir disler nedir? Vinirlər nazik, diş rəngində olan xüsusi keramik və ya kompozit materiallardan hazırlanan örtüklərdir. Onlar dişlərin ön səthinə yapışdırılır və estetik görünüşü yaxşılaşdırmağa kömək edir. Zirkon qapaqlardan fərqli olaraq dişlər daha az yonulur və yalnız estetik nəticələr üçün seçilir.

Vinir dişlər əsasən iki növə bölünür :

  1. Keramik ( porcelain ) vinirlər – daha uzun ömürlü və rəng dəyişmələrinə qarşı daha dayanıqlı.
  2. Kompozit vinirlər – daha sərfəli qiymətə malikdir, lakin davamlılıq baxımından keramika ilə müqayisədə zəifdir. Dişlərin heç yonulmadanda tətbiq edilə bilməsi və tək seansda təhvilin mümkun olması üstünlükləridir.

Vinir dişlər hansı hallarda tətbiq olunur?

  • Dişlərin rəng dəyişiklikləri – bəyənilməyəm və ya daimi rəng dəyişiklərini örtmək üçün.
  • Dişlər arasındakı aralıqlar – aralı dişlərə sahib olan şəxslər üçün alternativ bir həll kimi olunur.
  • Qırıq və ya çatlamış dişlər – kiçik mexaniki travmalar nəticəsində zədələnmiş dişlərin görünüşünü bərpa etmək üçün.
  • Dişlərin formasını dəyişmək üçün – kiçik və ya qeyri-bərabər dişlərə sahib olan insanlar üçün.
  • Ortodontik problemlərəin vizual korreksiyası üçün – yüngül hallarda breketlərə alternativ ola bilər.

Vinir kimlər üçün uyğundur?

Vinirlər hər kəs üçün uyğun olmaya bilər. Əgər siz aşağıdakı xüsusiyyətlərə sahibsinizsə, vinir dişlər sizin üçün ideal seçim ola bilər.

  • Sağlam diş ətləriniz varsa – çünki diş əti xəstəlikləri olan şəxslərdə vinirlərin saxlanılması çətin ola bilər
  • Dişlərinizdə ciddi struktur pozuntusu yoxdursa – çox iri çürük və ya zəif dişlər vinir üçün uyğun deyil.
  • Diş qıcama vərdişləriniz (bruksizm) – gecə diş qıcayan insanlarda vinirlər zədələnə bilər . Həkiminiz, bruksizm ollar hallarda bruksizm kappa məsləhət görə bilər. Bu halda vinirlərin istifadəsi daha çox uzun ömürlü olar.
  • Təbii diş quruşunuzu çox dəyişmək istəmirsinizsə – Vinirlər dişlərin minimal yonulması ilə tətbiq edilir. Kompozit vinirlər yonulma edilmədəndə tətbiq edilə bilər.
Vinir dişlər nədir?
Vinir dişlər

Vinir dişlərin üstünlükləri və çatışmazlıqlar

Üstünlükləri :
  • Təbii və estetik görünüş – vinirlərlə gözəl təbii görünüş əldə edilir.
  • Rəng dəyişmələrinə qarşı davamlıdır – keramik vinirlər çay, qəhvə və siqarətin təsirindən rəngini dəyişmir.
  • Minimal invaziv prosedurdur – dişlərin çox az hissəsi yonulur və təbii diş toxuması mümkün qədər qorunur.
  • Uzunömürlüdür – düzgün qulluq edildikdə, vinirlər uzun müddət istifadə edilə bilər.
Çatışmazlıqları:
  • Qalıcı prosedur : dişlər yonulduqdan sonra bu prosedur geri qaytarıla bilməz. Yonulma əsasən keramik vinirlərdə olur. Normalda bu yonulma minimal olur və diş toxumaları çox dərin zədələnmir.
  • Çat və qırılma riskləri var – güclü təzyiqə məruz qaldıqda vinirlər qırıla bilər
  • Yüksək qiymətə malikdir – xüsusi ilə keramik vinirlər bahalı stomatoloji prosedurlardan biridir.

Vinir dişlər estetik baxımdan ideal bir həll olub, qüsursuz və parlaq gülüşə sahib olmaq istəyənlər üçün ən çox seçilən stomatoloji prosedurlardan biridir. Əgər vinir dişlər haqqında daha ətraflı məlumat almaq və prosedurun sizin üçün uyğun olub-olmadığını öyrənmək istəyirsinizsə, həkim stomatoloqunuza müraciət edin.