Zirkon dişlər nədir?

Zirkon diş nədir? Və ya digər deyimlə zirkonium, zirkonyum dişlər nədir? Zirkon diş zirkonium dioksid ( ZrO2) keramika materialından hazırlanır. Bu material dayanıqlı,biouyğun və estetik cəhətdən təbii dişlərə bənzəyən bir quruluşa malikdir. Zirkon dişlər müasir stomatologiyada geniş istifadə olunan estetik və funksional diş bərpa üsüludur. Zirkon dişləri metal keramika dişlər ilə qarşılaşdırılır. Zirkon dişlər, həkimlər tərəfindən daha çox məsləhət görülən diş bərpa üsüludur. Keramika, metal keramika dişlər və qiymətləri adlı yazımızda metal keramika haqqındada məlumat toplaya bilərsiz.

Zirkon dişin laboratoriyada hazırlanması prosesi : diş laboratoriyasında müasir 3D sistemlərlə zirkon struktur (karkas) hazırlanır. Daha sonra üzəri keramik işləmələr, estetik rəngləmələr və s. bəzi anatomik işləmələr tətbiq edilir. Keramika və rəngləmə işləri də öz növbəsində xüsusi keramik soba və sistemlərlə tamamlanır. Bütün mərhələlər kifayət qədər profesionallıq və zaman tələb edir.

Zirkon diş nədir? Üstünlükləri və fərqləri

Zirkon dişlər
  • Təbii və estetik görünüş – ağ və şəffaf strukturu sayəsində əsl dişlərə çox oxşardır.
  • İşıq keçirmə xüsusiyyəti – təbii dişlərdə olduğu kimi işıq diş fonunda kölgə yaratmır. Bu sayədə diş rəngi və şəffaflığında daha estetik nəticə əldə edilir.
  • Biouyğunluq – diş əti ilə uyuşmazlıq halları yaşanmır. Qızartı və s. kimi alergik reaksiyalar yaratmır
  • Möhkəmlik və davamlılıq – Zirkon dişlər fiziki və kimyəvi təsirlərə qarşı dözümlüdür. Qırılma və aşınmaya qarşı yüksək dayanıqlıdır
  • Rəng sabitliyi – Düzgün baxım edildikdə xarici təsirlərdən ( çay, kofe və s. ) rəng dəyişməsi baş vermir və parlaqlıq itmir.

Zirkon dişlər həm estetik görünüşü, həm də davamlılığı ilə müasir stomatologiyanın ən mükəmməl həllərindən biridir. Təbii rəngi, möhkəmliyi və diş ətinə uyğunluğu sayəsində həm sağlam, həm də gözəl bir gülüş qazandırır. Əgər siz də uzunömürlü və estetik bir diş bərpası axtarırsınızsa, zirkon dişlər və ya digər deyişlə zirkon qapaqlar, zirkonium qapaqlar ideal seçim ola bilər !

1 Rəy

ŞƏRH YAZ