Diş həkimləri üçün pasiyentlərin etibarını qazanmaq yalnız peşəkar bilik və bacarıqlarla məhdutlaşmır. Pasiyentlər özlərini rahat və güvəndə hiss etdikdə, həkimlərinə daha sadiq olur və klinikanı başqalarına tövsiyə edirlər. Pasiyentlərin etibarını qazanmaq üçün 5 əsas qaydanı siz həkimlərlə bölüşəcəyik.
5 Əsas Qayda
- Açıq və anlaşılır ünsiyyət qurun
- Niyə vacibdir? pasiyentlər diş həkimində olarkən çox vaxt narahat və stresli olurlar. Onlar üçün tibbi terminləri anlamadan, müalicənin gedişatln anlamadan bir prosedura razılaşmaq çətindir.
- Nə etmək lazımdır? müalicə planını sadə və anlaşılır şəkildə izah etmək. Hər prosedurun niyə vacib olduğunu və gözlənilən nəticələri detallı şəkildə izah edin. Pasiyentlərin suallarını səbrlə cavablandırın və onlara qərarvermə prosesində lazımı köməklikləri edin.
- Xoş və rahat atmosfer yaradın
- Niyə vacibdir? pasiyentlərin çoxu diş həkiminə getməkdən çəkinir. Rahat,mehriban və rahatla ortam onların stresini azaldacaqdır.
- Nə etmək lazımdır? Klinikanızın dekorasiyasını və işıqlandırmasını pasiyentlər üçün rahat edəcək şəkildə dizayn edin. Receptiona mehriban personal təyin edin ki, pasiyentlər gəlib getdikdə özlərini rahat hiss etsinlər. Otağınızda sakitləşdirici musiqi və televizor imkanları yaradın.
- Gigiyena və sterelizasiya prosesləri ilə pasiyentləri tanış edin
- Niyə vacibdir? pasiyentlər üçün diş klinikasının təmizliyi və sterilliyi çox önəmlidir. Əgər gigiyena diqqət edilmirsə, onıarın güvəni azalacaqdır.
- Nə etməli? avadanlıqların və alətlərin strerilliyinə ciddi fikir verin. Klinikada gigiyena qaydalarına ciddi əməl olunduğunu açıq şəkildə göstərin. İşçilərin hər zaman səliqəli və peşəkar formada olmasını təmin edin.
- Davamlı olaraq təhsil və inkişafınıza fikir verin
- Niyə vacibdir? Pasiyentlər hər zaman ən son yeniliklərə yönələn həkimlərə üstünlük verirlər. Əgər siz yeni texnologiyalara və metodlara açıq olduğunuzu göstərsəniz, onların sizə etibarı artacaq.
- Nə etməli? yenilikləri müntəzəm olaraq öyrənin və tətbiq etməyə üstünlük verin. Sosial mediada və ya klinikanızda sertifikatlarınızı, iştirak etdiyiniz konfransları və s. elmi nailiyyətlərinizi paylaşmağı unutmayın. Pasiyentləri yeni prosedurlar haqqında məlumatlandırın.
- Sosial mediadan və rəylərdən istifadə edin
- Niyə vacibdir? Günumuzdə pasiyentlər həkim seçimində internet rəylərinə və sosial media fəaliyyətinə çox önəm verir. Sizin haqqınızda yaxşı rəylər onların sizə güvən və etiarını artıracaqdır.
- Nə etməli? Məmnun pasiyentlərinizdən sosial hesablarınızda rəy yazmalarını xahiş edin. Sosial mediada pasiyentlərinizin fikirlərini və müalicə nəticələrini paylaşın. Hər bir pasiyentə tam ciddi və fərdi yanaşdığızı, pasiyentlər arasında fərq qoymadığınızı paylaşımlarınızdada vurğulayın.
Pasiyentlərin etibarını qazanmaq biraz vaxt tələb edən prosesdir. Açıq ünsiyyət, rahat ortam, yüksək gigiyena, peşəkar inkişaf və sosial mediada aktivlik hər zaman riayət etməli olacağınız mövzulardır. Əgər pasiyent sizə güvənirsə, o, sizi başqalarınada tövsiyyə edəcək, bu da sizin və klinikanızın uğurunu artıracaqdır.