Stomatoloq həkiminə getməzdən əvvəl diqqət yetirməli olacağınız məqəmlar və düzgün hazırlıq həm sizin rahatlığınızı təmin edəcək, həm də müayinənin daha səmərəli keçməsinə kömək edəcəkdr. Qeyd etdiyimiz məsləhətlərə əməl edərək stomatoloqa gedişinizi daha stressiz və səmərəli edə bilərsiniz. Diş həkimi qəbulu öncəsi bu hallara mütləq fikir verin.

  1. Düzgün qida qəbulu: həkimə getməzdən əvvəl düzgün qidalanma önəmli faktordur. Bu həm həkimin işini asanlaşdırmaq, həm də prosedurlar zamanı özünüzü daha rahat hiss etməyiniz üçündür. Həkimin işini ona görə asanlaşdıracaq ki, vaxtında qidalanmadığınız zaman ağız suyunun ifrazının miqdarı artır. Buda müayinə zamanı işləri bir qədər çətinləşdirə bilər. Anesteziya öncəsidə düzgün qidalanma önəmlidir.
  2. Dişlərinizi təmizləyin: müayinədən əvvəl dişlərinizi diqqətlə fırçalayın və diş sapı ilə təmizləyin. Bu ağız boşluğundakı qida qalıqlarını aradan qaldıraraq həkimin işini asanlaşdırır. Lakin, diş ətinizi zədələməmək üçün bunları ehtiyatla edin. Diş qulluğunuz zamanı Stomatoloq tövsiyələrinə riayət etməyiniz hər zaman düzgün olacaqdır.
  3. Siqaret və alkoqoldan uzaq durun: müayinədən əvvəl alkoqol qəbulu və siqaret çəkmək ağız boşluğu vəziyyətinə və müayinənin nəticələrinə mənfi təsir göstərə bilər.
  4. Rahat geyim seçin: müayinəyə gedərkən rahat geyimlər seçin. Bu, uzun müddət stomatoloji kürsüdə oturarkən sizin komfortunuzu təmin edəcəkdir.
  5. Sakitləşdirici texnikalar: əgər diş həkimi qəbulu`dan əvvəl narahatlıq hiss edirsinizsə, dərin nəfəs alma və ya meditasiya kimi sakitləşdiri texnikalardan istifadə edin. Bu, stresinizi azaltmağa kömək edəcəkdir.
  6. Gecikməyin: diş həkimi qəbulu zamanı gecikməmək üçün vaxtınızı əvvəlcədən düzgün planlaşdırın. Qəbuldan əvvəl yol vəziyyətini nəzərə alaraq, kifayət qədər ekən çıxmağa çalışın. Əgər ilk dəfə bu klinikaya gedirsinizsə, ünvanı əvvəlcədən yoxlamaq və lazımı istiqamətləri öyrənmək faydalı olacaqdır. Gecikmə həm sizin,həm də digər pasiyentlərin qəbuluna mane ola bilər. Vaxtında gəlmək, həkimin sizi rahat və diqqətli şəkildə müayinə etməsinə imkan yaradacaq.
Əlavə olaraq onuda qeyd etmək istəyirik ki, stomatoloq qəbulunda olduğunuz zaman sağlamlığınız və dərman qəbulunuz haqqındakı məlumatları tam şəkildə həkiminizlə bolüşün.