Ağız qoxusu nədən yaranır? Nəfəsdən gələn pis qoxudan necə qurtulmaq olar? Stomatoloq tövsiyələri..
Ağız qoxusu təkcə sosial narahatlıq yaratmır, həm də sağlamlıq probleminin əlaməti ola bilər. Ona görə ağız qoxusunu gizlətməyə deyil ( saqqız, ağız spreyləri və s. ) səbəbini tapıb həll etməyə yönəlmək lazımdır. Bu yazıda ən çox rast gəlinən səbəbləri, həkim tövsiyələrini və həll yollarını sizinlə bölüşəcəyik.
Ağız qoxusunun səbəbləri.
- Ağız gigiyenasının pozulması
- Diş və diş əti xəstəlikləri
- Yanlış edilən stomatoloji müalicə
- Alkoqol istifadəsi
- Tütün istifadəsi
- Xroniki ağız quruluğu (Xerostomia)
- Uzun müddət ac qalmaq
- Tonzillit,badamcıqlarda daşlaşmış qida və ya ihtihablanma
- Sinusit
- Diabet
- Sistemik xəstəliklər ( mədə bağırsaq problemləri,diabet,böyrək çatışmamazlığı ve s.)
Nəfəsdən qoxu gəldikdə nə etməli? ( Nəfəsdən iy gəlməsi )
- İlkin olaraq diş və ağız içi gigiyenanıza ciddi fikir verməlisiniz. Çünki statistikaya görə ağız qoxusu problemlərinin 80% faizi ağız içi səbəblərdən yaranır.
- Dişlərinizi gündə 2 dəfə fırçalayın. Diş saplarından, ağız yaxalayıcı və dil təmizləyici vasitələrdən mütləq istifadə edin.
- Qidalanmanıza fikir verin. Alkoqol, paket qidalar, sağlam olmayan qidalardan uzaq durun. Gün ərzində yetərincə maye qəbul edin.
- Güzgüdə boğazınızda badamcıqlarınıza göz gəzdirin. İlhtihab, badamcıq daşları olduğunu düşünürsüzsə burun boğaz ( lor ) həkiminizə görünün.
- Ağız qoxusu, nəfəsinizdən gələn xoşa gəlməz qoxu stomatoloji problemlərdən qaynaqlı deyilsə və 2 həftədən artıq davam edirsə həkiminizə görünün. Sağlamlığınızın qeydinə qalın. Gücün və xoşbəxtliyin təməli sağlamlıqdır (Benjamin Disraeli)
Qeyd olunanlar sadəcə məlumatlandırma məqsədlidir, diaqnoz və müalicə üçün həkiminizə görünün.