Protez istifadəsi üçün müraciət edən pasiyentlərin ən böyük narahatlıqlarından biri çıxan protezlərin ağızda sabit qalmaması, danışarkən və ya yemək yeyərkən narahatlıq yaratmasıdır. Bu problemi minumuma endirmək üçün, protezlərin hazırlanması zamanı ölçülər dəqiq və peşəkar üsullarla götürülüb vakuum effekti alınır.
Vakkum protez nədir?
Vakuum total protezlər, adından da göründüyü kimi, damağın selikli qişası ilə protez arasında havasız bir boşluq , vakuum effekti ilə yerində möhkməm dayanan diş protezləridir.
Bir qədər fərqli mövzu olsada onuda qeyd edək ki, əslində tam vakuum heç vaxt mövcud deyil. Siz metal qabdan havanı nə qədər sorub çıxarsanızda havanın müəyyən miqdarı yenə də orada qalacaqdır. Vikepediyadan bu haqda oxumağınız üçün bir mövzu linki yerləşdiririk. Maraqlı bir məlumat olaraq bunu qeyd etdik 🙂
Vakuum protez nəcə işləyir?
Vakuum protezin əsas prinsipi, çənə və damağın formasına tam uyğun hazırlanaraq hava sızdırmazlığını minumuma endirməkdir. Protez yerləşdirildikdə içəridəki hava sıxılır və beləliklə protez öz yerində sovrularaq qalır.
Üstünlükləri nələrdir?
- Sabitlik – rahat danışma, daha rahat qidalanma
- Estetika – daha təbii və estetik gülümsəmə imkanı yaradır
- Rahatlıq – diş ətinə təzyiq bərabər paylanır
- Özünəinam – sosial mühitdə danışmaq və gülmək artıq stres yaratmır.
Nəzərə alınmalı məqamlar
- Protezin dəqiq oturması üçün dəqiq ölçü və peşəkar yanaşma vacibdir
- Ağız və uz quruluşu nəzərə alınmalı və düzgün planlama aparılmalıdır
- Protezin adaptasiyası (uyğunlaşma) zamanı lazımı dəyişiklələr edilə bilər.
- Protezlərin hazırlanması zamanı Ortopedik stomatoloq mütəxəssislərinə müraciət edin
Nəticə olaraq, protez istifadəsinə yeni başlayan və ya köhnə protezin yeniləmək istəyənlər rahatlıqla vakum effektli protezlərə keçid edə bilərlər. Bu sizin konfortunuz və sağlamlığınız üçün uyğun bir vasitədir.
REKLAM – Peşəkar və estetik baxımdan ideal protez hazırlanması üçün, diş protezləri (Ortopedik stomatologiya) üzrə ixtisaslaşmış Anar Nəbiyev ilə əlaqə saxlamağınız tövsiyə olunur.