Uşaqlarda “diş baxımı” necə olmalıdı?

Dişlərin çıxmağı uşaqlarda 6 aylıqlardan başlayır. 3 yaş civarlarında 20 süd dişi tamamlanır. Bəzən bu vaxt biraz gec ve ya tez ola bilir. Süd dişləri daimi dişlərlə əvəzlənməyi normalda 12 yaşına qədər tamamlanmış olur. Süd dişlərin sağlamlığına ciddi fikir vermək lazımdır. Çünki süd dişlərinin sağlamlığı gələcəkdə çıxacaq daimi dişlərin və üz estetikasına ciddi təsir edir. Əlavə olaraq süd dişlərinin sağlamlığı uşaqların danışıqlarının düzgün formalaşması və inkişaf dönəmlərində qidaların düzgün çeynənilməsində vacib rol oynayır.

Uşaqlarınızın diş sağlamlığı və diş fırçalama vərdişi

Diş sağlamlığında uşaqlarınız üçün ilkin olaraq düzgün qidalanma vacibdir. Şəkərli qidalar, lazimsiz paket qidalar, qazlı sular uzaq durmanız lazım olan qidalardandı. Uşaqlarınız üçün ən yaxşısı, onları, lazımsız qeyri sağlam qidalarla tanış etməməyiniz olacaqdır.

Diş sağlamlığı üçün, əsasən üstünlük verməli olacağınız bütün mineral və vitaminli qidalardan əlavə kalsiyum,fosfor və florlu qidalar olmalıdı.

Uşaqlarınızın diş fırçalama vərdişlərinə gəldikdə isə, bu mövzuya olduqca həssas və ciddi yanaşmalısınız. Uşaqlarınıza diş fırçalamağı onların sevəcəyi, əyləncəli olacağı variantda öyrətməyə çalışın. Məs. gecə fırçası:dişlərin super dostu 🙂

Uşaqlarda diş sağlamlığı üçün 3 yaşına qədər diş məcunundan istifafə etmək məsləhət görülmür. Çünki məcunu udma riski var. 3 yaşından sonra isə noxud böyüklükdə məcun ilə dişləri fırçalamaq olar.

Dişləri fıçalamada diş məcunundan önəmli fırçanı düzgün istifadə etməkdir. Ön dişləri dairəvi hərəkətlərlə, arxda dişləri həm dairəvi həm də irəli-geri hərəkətlərlə fırçalamaq lazımdır. Diş diblərini isə, diş ətindən dişə doğru həssas hərəkətlərlə fırçalamaq lazımdır.

Uşaqlarda dişlərdə olan ləkələr çox görünən haldır. Ləkələrin yarandığı yerə qida qalıqları asanlıqla yapışa və dişləri çürüdə bilir. Uşaqlarınızda dişlərin çürüməyi haqqında ətraflı bu linkdən məlumat alın! Ləkələrin yaranmağı diş baxımına daha ciddi diqqət etməlisiniz deməkdir. Bu halda həkiminizə görünməli və həkimin məsləhəti ilə diş cilalama, təmizləmə üsulları tətbiq edilə bilər. Uşaqlarda diş sağlamlığı mövzusunun diqqət olunmalı olduğunu unutmayaq.

Sağlam təbəssüm, sağlam gələcək!

ŞƏRH YAZ