Uşaqlarda süd dişlərinin çürüməsi (karies) geniş yayılmış diş problemlərindəndir. Süd dişləri, daimi dişlərə nisbətən daha həsas və daha incə olduğundan çürüməyə daha çox meyillidir. Dişdə yaranan karies uşaqlarda diş ağrısı səbəblərindəndir. Bu yazımızda uşaqlarda diş çürüməsi, diş qaralması səbəbləri haqqında stomatoloq məsləhətini bölüşəcəyik.
Uşaqlarda diş çürüməsinin əsas səbəbləri
- Butulka çürüyü – kimi bilinən səbəb, uşaqlarda diş çürüməsinin əsas səbəblərindəndir. Xüsusi ilə yatmazdan əvvəl butulkada şirin içkilərin verilməsi dişlərin uzun müddət şəkərə məruz qalmasına səbəb olur. Buda dişlərdə karies “butulka çürüyü” adlanan vəziyyətə gətirib çıxarır.
- Düzgün olmayan ağız gigiyenası – uşaq diş çürüməsi səbəblərindəndir. Dişlərin düzgün və davamlı fırçalanmaması lövhə və bakteriyaların yığılmasına səbəb olur ki, buda çürüməyə gətirib çıxarır. Uşaqlarda dişlərə düzgün baxım qaydası ilə Uşaqlarda diş sağlamlığı: Əsas problemlər və həll yolları adlı yazımızdan oxuya bilərsiniz.
- Şəkərli qidalar və içkilər – uşaqlarınınız diş sağlamlığına mənfi təsir edən amillərdəndir. Şokalat, şəkərli qidalar, qazlı içkilər və meyvə şirələri diş minasını zəiflədərək diş çürüməsinə səbəb olur. Şəkərli qidalar diş səthində yapışqan təbəqə yaradır və bakteriyların çoxalması üçün əlverişli mühit əmələ gəlir.
- Genetik faktor – uşaqlarda diş çürüməsinin səbəbi ola bilər. Əgər ailədə diş çürüyü problemi çoxdursa bu uşaqlarınızdada özünü göstərə bilər. Genetik faktor olaraq belə risk varsa o zaman uşaqlarınızın diş sağlamlığına daha ciddi fikir verin.
- Flor əksikliyi – 3 yaşından sonra uşaqlarınızda kiçik miqdarda flor tərkibli diş məcunlarından istifadə edə biləriz. Udmamaqlarına ciddi fikir verin.
Uşaqların diş sağlamlığı, onların ümumi inkişafı və sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Valideynlər bu mövzuda məlumatlı olmalı, uşaqlarını vaxtında pediatr və uşaq stomatoloquna göstərməyə etinasızlıq etməməlidir.