Stomatologiya sahəsində keyfiyyətli nəticə yalnız bilik və təcrübə ilə yox, eyni zamanda istifadə olunan material və avadanlıqlar ilədə bir başa əlaqəlidir. Məhz bu ehtiyacı nəzərə alaraq fəaliyyət göstərən Sapfirdent, geniş stomatoloji material və avadanlıqlar çeşidi ilə seçilən stomatoloji mağazalardan biridir.
Sapfirdent əsasən həkimlər və diş texnikləri üçün gündəlik praktikada lazım olan məhsulların satışını həyata keçirir. Klinik işlərdə istifadə olunan materiallardan tutmuş, texniki labarotoriya ehtiyaclarına qədər müxtəlif kateqoriyalarda məhsullar təqdim olunur. Məqsəd – həkimlərin işini asanlaşdıran, nəticələni isə daha stabil və etibarlı edən məhsulları bir məkanda toplamaqdır.
Şirkətin Bakı Və Ağcabədidə fəaliyyət göstərməsi regionlarda çalışan stomatoloq və texniklər üçün əlçatanlıq yaradır. Bu yalnız paytaxda deyil, regionlardada stomatoloji sahənin inkişafına töhfə vermək baxımından vacib üstünlükdür.
Sapfirdent`in yanaşması sadəcə satış üzərində qurulmayıb. Müştəri ilə uzun müddətli əməkdaşlıq, ehtiyaca uyğun məhsul seçimi və praktik istifadədə fayda verən həllər ön plandadır. Bu səbəbdən həm yeni başlayan həkimlər, həm də illərin təcrübəsinə malik mütəxəssislər üçün uyğun seçim ola bilər.
Seodent.az olaraq, stomatoloji sahədə çalışan mütəxəssislərin keyfiyyətli məhsullara rahat çıxışını təmin edən yerli təşəbbüsləri dəstəkləyirik. ” Sapfirdent -bütün növ stomatoloji məhsul və avadanlıqların satışı ” – başlığı ilə fəaliyyət göstərən Sapfirdent Dental Supplier bu istiqamətdə real addımlardan biridir və stomatoloji icma üçün faydalı platforma rolunu oynayır.