Rəqəmsal vizit kart nədir?
Ənənəvi kağız vizit kartlar zamanla öz yerini rəqəmsal vizit kartlara verir. Bu kartlar əlaqə məlumatlarınızı, sosial media profillərinizi, ünvanlarınız və istənilən digər məlumatlarınızı elektron platformada toplamağa imkan verir. Bu yolla, fiziki kartlara ehtiyac olmadan asanlıqla paylaşıla və yenilənə bilir.
Seodent`dən olan rəqəmsal vizit kartların üstünlükləri:
- Ekoloji dostluq: kağız istifadəsini azaldaraq ətraf mühitin qorunmasına töhfə verir. Həmçinin,plastik və digər tullantıların yaranmasının qarşısını alaraq, ekoloji baxımdan daha dayanıqlı bir seçim təqdim edir.
- Google və s. axtarış sistemlərində önə çıxmaq: Seodent komandası tərəfindən hazırlanan rəqəmsal vizit kart SEO uyğunluqla hazırlanır və buda axtarış sistemlərində görünürlüyünüzü artırır!
- Asan yenilənmə: məlumatlarınızı istənilən vaxt yeniləyə bilərsiniz. Rəqəmsal vizit kartınızda dəyişiklik etmək üçün yenisini çap etdirməyə ehtiyac yoxdur. Məlumatlarınızı saniyələr içərisində yeniləyə və hər kəsə ən son məlumatlarınızı təqdim edə bilərsiniz.
- Rahat paylaşım: link, NFC texnologiyası və QR kod vasitəsilə məlumatlarınızı tez və effektiv şəkildə paylaşa bilərsiniz.
- İnstagram bio: instagram bioda tək link yerləşdirərək həm profesional görüntü yaradacaqsız, həm də, istənilən qədər məlumatı həmin bir link ilə təqdim edə biləcəksiniz.
- Google Analytics: linkinizə edilən kliklər haqqında məlumat aylıq olaraq tərəfimizdən təqdim edilə bilər.
Stomatoloqlar üçün Seodent tərəfindən təqdim olunan Rəqəmsal vizit kartlar həkimlərimiz üçün bir çox üstünlük və rahatlığı bərabərində gətirir. Həkimlər pasiyentlərinə təqdim etmək istədikləri məlumatları saniyələr içərisində göndərə bilir. Əlaqə vasitələri, sosial media hesabları, ünvan, pasiyent qəbul linki, görülən işlər, nümunə (şəkil, video), təhsil və s. istənilən məlumatlarınızı əlavə etmək sizin ixtiyarınızdadır.