Çıxarıla bilən diş protezləri diş itkisi yaşayan insanlar üçün estetik və funksional baxımdan rahat bir həll təklif edir. Bu protezlər həm gündəlik həyatda rahatlıq təmin edir, həm də təmizliyi və istifadəsi ilə insanlara böyük üstünlüklər verir. Müxtəlif növləri olan çıxarıla bilən bilən protezlər ağız sturukturuna, üz quruluşuna və digər ehtiyaclar nəzərə alınaraq hazırlanır.

Çıxarıla bilən diş protezlərinin növləri:

  • 🔹Tam çıxarıla bilən “Total protezlər” – bütün dişlərini itirmiş şəxslər üçün hazırlanır. Bu protezlər günümüzdə təkmilləşərək daha estetik və funskional hal ala bilmişdir. Vakuum ( vakkum) protezlər, yumuşaq protezlər, şəffaf protezlər, candulor protezlərlə estetiklik eyni və zamanda funksionallıq əldə edilir.
  • 🔹 Vakkum protezlər – vakuum protezlər kimi bilənən bu protezlər, diş ölçülərinin tam dəqiqlik ilə alınaraq orada yaranan vakuum prosesinə əsaslanaraq vakkum protez olaraq adlanır. Son zamanlarda pasiyentlərin maraq dairəsində olan bu protezlər çıxarıla bilən total protezlərə aitdir.
  • 🔹Hissəvi çıxarıla bilən protezlər – ağızda bir neçə sağlam dişi olan pasiyentlər üçün nəzərdə tutulur. Protez ağızdaki dişlərə tutunaraq xüsusi möhkəmlik və funksionallıq təmin edir. Bu çıxan protezlərində bir çox növləri vardır. Sadə, Bugel, neylon, asetal protez və s. kimi növləri vardır.
  • 🔹Asetal protez – asetal protez diş hissəvi çıxan protezləri aitdir. Neylon protezlərlə oxşar olan bu protezlər dişlərə həssas tutunması ilə fərqlənir.
  • 🔹Neylon protezlər ( elastik protezlər ) – əsasən hissəvi çıxan protezlərdə istifadə olunan neylon material dişlərə möhkəm tutunması və komfortlu hiss eletdirməsi ilə fərqlənir. Əsasən alt çənə protezlərdə istifadə olunur.
  • 🔹Bugel protezlər – metal karkas və diş qapaqlarına xüsusi sistem ilə bağlanması bu protezlərdə möhkəmlik və yüksək komfort yarada bilir.
  • 🔹Yumuşaq protezlər – diş qüsurları zamanı istifadə olunan protezlərdə sərt material bəzi pasiyentlərdə diskomfort hissi yarada bilir. Bu zaman protezlərdə yumuşaq material istifadə oluna bilər.

Çıxarıla bilən protezlərin üstünlükləri:

  • ✅ Estetik görünüş
  • ✅ Təhlükəsiz və ağrısız tətbiq
  • ✅ Üz estetikasına xüsusi yanaşma
  • ✅ Qısa müddətə hazırlanma
  • ✅ Asan təmizlənmə
  • ✅ İqtisadi cəhətdən sərfəli

Çıxarıla bilən protez dişlər həm funksional, həm də estetik baxımdan ağız sağlamlığını bərpa etmək üçün əsas vasitələrdən biridir. Hər pasiyentin ağız quruluşu və istəkləri fərqli olduğundan, protez növüdə fərdi şəkildə seçilməlidir. Müasir texnologiya sayəsində bi protezlər günümüzdə həm görünüş, həm də rahatlıq baxımından yüksək keyfiyyətə malikdir.

Reklam: tam estetik və yüksək funksionallıqla protez dişlərin hazırlanması üçün bu sahədə, Ortopedik Stomatologiya üzrə ixtisaslaşmış Anar Nəbiyev ilə əlaqə saxlamağınız tövsiyyə olunur.

ŞƏRH YAZ