Düzgün və estetik təbəssüm hər kəsin arzusudur. Bu məqsədlə ortodontik müalicə usullarına baş vuranların sayıda çoxdur. Ortodontik plastinkalar diş estetikası, gözəlliyi və sağlamlığı üçün istifadə olunan vasitələrdən biridir. Bəzi hallarda insanlar arasında Ortodontik plastinka nədir? diş üçün zərərlidirmi? Dişlərə ziyanı varmı? kimi suallar yaranır. Bu yazımızda plastinkaların nə olduğunu və dişlərə ziyanı olub-olmadığına aydınlıq gətirəcəyik.

Plastinka nədir?

Ortodontik plastinka – dişlərin düzgün düzülüşü və çənə quruluşunun inkişafına və düzəldilməsinə yardım etmək məqsədilə istifadə edilən bir stomatoloji ortodontik vasitədir. Xüsusilə erkən yaşlarda tətbiq edilir. Uşaq və erkən yaşlarda çənə sümüyü inkişaf mərhələsində olduğu üçün ortodontik müalicə prosedurlarında daha sürətli və yaxşı nəticə almaq olur.

Plastinka, adətən plastik əsaslı materialdan hazırlanır, metal yaylardan və içərisində yerləşdirilən mexanizmlərlədan təşkil olunur. Onun əsas vəsifəsi dişləri və buna bağlı olaraq çənənin müəyyən istiqamətdə hərəkətini təmin etməkdir.

Plastinka hansı hallarda istifadə olunur?

Plastinkaların istifadəsi həkiminizin göstərişinə əsasən tətbiq edilir. Aşağıda plastinkaların tətbiq edilə biləcəyi bir neçə halları qeyd edirik.

  • Dişlərin əyriliklərini düzəltmək üçün
  • Çənə darlığı və ya qeyri bərabərliyi olan hallarda
  • Dişlərin qapanması zamanı olan qusurlarda
  • Daimi breketə ehtiyac olmadan erkən müdaxilə tələb edən vəziyyətlərdə
  • Breketdən əvvəl (mərhələli müalicə)
  • Breket ilə ikili müalicə zamanı

Plastinkanın dişlərə ziyanı varmı?

Əgər plastinka həkim nəzarəti altlnda hazırlanıb və düzgün istifadə olunursa, dişlərə heç bir ziyanı yoxdur. Əksinə, bir çox hallarda plastinka erkən yaşda ortodontik problemlərin qarşısını alır, gələcəkdə daha çətin və bahalı müalicələrin qarşısını almağa kömək edir.

Amma aşağıdakı hallarda plastinka dişlərə və ağız sağlamlığınıza zərər verə bilər:

  • Həkim təyinatı olmadan istifadə olunarsa
  • Plastinka düzgün hazırlanmayıbsa və ağıza tam oturmursa
  • Gündəlik gigiyenaya əməl edilmirsə
  • Taxılma müddətinə riayət olunmursa
  • Həkiminizin qeyd etdiyi vaxtda yoxlanışa gəlmədikdə

Bu səbəblə plastinka istifadə edən şəxslərin mütəmadi olaraq ortont həkiminə müraciət etməsi və verilən təlimatlara ciddi əməl etməsi vacibdir.

Plastinka istifadə edərkən nələrə diqqət etmək lazımdır?

  • Həkimizin müəyyən etdiyi müddətdə taxılmalıdır
  • Plastinka yemək zamanı çıxarılmalıdır (əgər çıxarıla biləndirsə)
  • Hər gün təmizlənməli, çıxarılıb dişlər fırçalanmalı və plastinkalarda yuyulub fırçalanmalıdır.
  • Uşaq plastinka istifadə edirsə, mütləq valideyn nəzarəti olmalıdır.
  • Qaynar su ilə plastinkanı yumaq olmaz. Plastinka formasını dəyişə bilər.

Diş üçün plastinka doğru şəkildə istifadə olunduqda, dişlərin sağlamlığına heç bir ziyan vermir, əksinə, gələcəkdə daha ciddi problemlərin qarşısını alır. Əgər siz və ya ovladınız üçün plastinka təklif olunubsa, bu, sadəcə estetik üçün deyil, ümümi ağız sağlamlığı üçün də önəmli bir addımdır. Əsas məsələ, düzgün müalicə planı, mütəmadi həkim nəzarəti və istifadə qaydalarına düzgün əməl etməkdir.