Keramika diş nədir?
Keramik dişlər, metalsız keramika yəni zirkonium və metal dəstəkli olmaqla iki yerə ayrılır. Bu yazımızda metal metal keramika dişlər və qiymətləri haqqında danışacayıq. Zirkonium dişlər haqqında məlumati Zirkon dişlər nədir? Üstünlükləri və fərqləri adlı yazımızdan ala bilərsiniz. Zirkon keramika dişlərin metal keramika ilə aralarında bəzi fərqlər vardır.
Metal keramika dişlər nədir?
Metal keramika dişlər, daxili hissəsi metal dəstəkli və üzəri keramika ilə örtülən diş bərpa üsüludur ( çıxmayan diş protezləridir) . Bərpa olunacaq diş yonulduqdan sonra alınan ölçüyə əsasən qapaq kimi bilinən keramika dişlər hazırlanır. Bu dişlər kronlar (tək diş örükləri) və körpülər şəklində istifadə oluna bilir. Metal əsaslıq möhkəmlik təmin edir, keramika örtük isə dişlərin təbii görünüşünü təşkil edir. Metal əsaslı olduğu üçün yüksək dayanıqlığa malikdir. Dişin içəri hissəsinin metaldan ibarət olmasının mənfi cəhəti işıq keçirməməyi, dişin daha çox yonulması, alergiya ehtimalı ola bilməsi ,daha qalın olması və zirkon dişlərə görə estetikliyin zəyif olmasıdır.. Bu vəziyətdə zirkon dişlərə görə bir neçə mənfi tərəfləri yaranmış olur. Lakin metal keramika dişlərdə geniş istifadə edilən və bəyənilən diş bərpa üsullarından biridir.

Metal keramika dişlərin qiyməti?
Metal keramik qapaqlar funksionallıq baxımdan yaxın olan metalsız keramika yəni zirkon dişlərlə qarşılaşdırdıqa, qiymət olaraq aşağı maliyyətlidir. Metal keramika dişlərin qiyməti, istifadə olunan materiala, hazırlandığı labaratoriyaya,klinikanın müasirliyi və təchizatı, həkimin peşəkarlığı və s. amillərə görə qiymətləri fərqlilik göstərə bilir. Metal-keramika qapaqlar 70 manatdan başlayaraq 130 manat və daha yuxarı qiymətlərdə
ola bilər. İmplant üstü metal keramika qapaqlar isə fərqli olaraq daha yüksək qiymətlərdə olur.
Metal-keramika qapaqlar həm möhkəmlik, həm estetik görünüş baxımından geniş istifadə edilən diş bərpa üsullarından biridir. Onların uzun ömürlü və münasib qiymətə olması əsas üstünlüklərindəndir. Ancaq daha təbii görünüş və metal alergiyasına qarşı alternativlər də mövcuddur. Protez seçimi edərkən, fərdi ehtiyaclara və stomatoloqun tövsiyələrinə uyğun qərar vermək ən doğrusudur.
✅ REKLAM – təbii görünüşlü metal-keramika dişlər üçün, peşəkar yanaşma və sərfəli qiymətlə bu sahədə (ortopedik stomatologiya) ixtisaslaşmış Anar Nəbiyev ilə əlaqə saxlamağınız tövsiyyə olunur.