Diş itkisinin insan sağlamlığı və xarici görünüşü üzərində ciddi təsirləri vardır. Diş sıralarındakı boşluqları doldurmaq üçün ən müasir və effektiv üsullardan biri implant dişlərdir. Amma implant diş düşünən hər kəsin ağlında müəyyən suallar var: imlant nədir, necə yerləşdirilir və qiyməti nə qədərdir? Gəlin, bu suallara birlikdə aydınlıq gətirək.
İmplant diş nədir?
Diş implantı – çənə sümüyünə yerləşdirilən “vida” formalı süni diş köküdür. Bu, süni diş kökü üzərinə yerləşdirilən dişlər ilə birlikdə sağlam, estetik və dayanıqlı bir diş yaradır. Əsas üstünlükləri qonşu dişlər yonulmadan boşluqların bərpa edilə bilməsi və dişsiz çənədə tam sabit funkisonal protezlərin istifadə edilə bilməsidir.
İmplant yerləşdirmə prosesi:
- Müayinə və planlama – Rentgen ilə ağız boşluğu çənə sümüyü yoxlanılır. Pasiyent ilə birlikdə proses incələnir izah edilir və istəklər nəzərə alınaraq prosesə başlanılır.
- İmplantın yerləşdirilməsi – cərrahi yolla çənəyə implant yerləşdirilir. Proses anesteziya altında aparılır və ağrı hiss edilmir. Müasir avadanlıqların sayəsində bu prosesi sürətli icra olunur.
- Üzərinə dişlərin yerləşdirilməsi – implant üstü dişlərin yerləşdirilməsi pasiyetin və həkimin birlikdə qərarə ilə, zirkon, keramik və ya dişsiz çənələrdə implant üstü protez olaraq hazırlanır.
İmplantın üstünlükləri
- Estetik görünüş: təbii dişlərə ən yaxın görünüş
- Funskionallıq: təbii dişlərə ən yaxın funksionallıq
- Nitq və çeynəmə rahatlığı: protezlərdə yaşanan nitq , çeynəmə və s. problemlər minimum səviyyədədir.
- Çənə sümüyünün qorunması: ən çoxda sadə çıxan protezlərdə yaşanan çənə sümüyünün əriməsinin qarşısı alınır.
İmplant diş qiyməti
İmplantın qiyməti bir çox faktordan asılıdır:
- İmplantın markası və istehsal ölkəsi (Almaniya, İsveç, Koreya, Türkiyə və s.)
- İstifadə olunan material
- Klinikada göstərilən xidmət səviyyəsi və həkim təcrübəsi
- İmplantdan əlavə prosedurlar ( sümük tozu, sinus lift və digər müalicə prosedurları)
İmplant qiymətləri
Türkiyə implantı 400 – 600 AZN |
Korea implantı 400 – 750 AZN |
Almaniya implantı 700 – 1200 AZN |
İsveçrə implantı 900 – 1400 AZN |
İmplant kimlərə olmaz?
- 18 yaşdan kiçik şəxslərə (çənə sümüyü tam formalaşmıyıbsa)
- Ağır şəkərli diabeti olan xəstələrə
- Çox zəyif sümük sıxlığı olan şəxslər (əlavə müalicədən sonra bəzən mümkündür)
- Siqaret çəkənlərdə implantın uğursuzluq riski biraz daha yüksək ola bilər
İmplant diş həm sağlamlıq, həm də estetik baxımdan ən müasir və effektiv həll yoludur. Uzun ömürlü, dayanıqlı və funksional olması, onu digər alternativlərdən fərləndirir. Həkim stomatoloqunuz ilə planlama apardıqdan sonra implant seçimi edə bilərsiniz.