Qədim dövrlərdə kanal müalicəsi
Endodontik müalicə stomatologiyanın ən vacib mürəkkəb sahələrindən biridir. Qədim zamanlarda insanlar diş kök kanallarını müalicə etmək üçün müxtlif üsullara əl atırlarmış. Yunanıstan, Misir kimi ölkələrdə diş kanallarını metal və ya iti uclu alətlərlə deşib pis ruhu (bəzi mənbələrdə qurdu) çıxardıqlarını düşünürlərmiş. Bu proses ağrını azaltmağa kömək edirmiş.
Romalılar diş ağrısını kəsmək üçün qızdırılmış metal aləti dişlərinə sıxır, bəzən də bu aləti oyulan boşluğa salırlarmış.
Arxeoloqlar tərəfindən tapılan insan kəlləsində, dişlərinin kanallarına doldurulmuş 2.5mm uzunluğunda bürünc metal, ilk diş kanal müalicəsi kimi düşünülür. Bu Romalılar tərəfindən 200 ci illərdə edildiyi təxmin olunur. Tapıntı İsrail çölündə olmuşdur.
Diş ağrılarına səbəbi olan teorilərdən biri “diş soxulcanı” teorisiydi. Bu teori təxminlərə görə Babil dövrlərinə qədər uzanır. İnsanlar bu diş soxulcanını çıxarmaq üçün müxtəlif yollara əl atırlarmış. Rəvayətlərin birində diş soxulcanını çıxartmağın yolu, bal ilə aldatmaq idi. Bal, içi oyulmuş diş ətrafına bulandırılırdı. Və soxulcan balı yeməyə çıxanda diş soxulcanı adlanan diş siniri qoparıla bilirmiş.
İlk endodontik fayl
Kanal müalicəsində istifadə olunan ilk endodontik fayl 1838-ci ildə kanadalı diş həkimi Edward Maynard tərəfindən ixtira edilib. Maynard bu aləti saat yayını incəldərək xüsusi formaya salır. Və bu alətdə diş kanallarındakı siniri çıxarmaq və kanalları genişləndirmək üçün istifadə etmişdir. Bu arada, Edward Maynard eyni zaman alovlu silahaların ixtiraçısıdır.
Daha sonra bu fayllar təkmilləşməyə başlamışdır. Edwardın istifadə etdiyi və digər fayllar qalın və polladan olduğu üçün əyri kanallarda istifadə çətin idi. Təkmilləşmiş diş kanal faylları 1988 ci ildə Harmeet D.Walia tərəfindən nikel-titan ərintisindən hazırlanmış incə və elastik fayllar olmuşdur. Bu fayl, əyri kanallarda daha əlvərişli və təhlükəsiz işləmə imkanı verirdi.
Kanal müalicəsinin müasir forması 1838-ci ildə Edvard Maynard-ın ilk endodontik fayl ilə başlasada, insanlar minilliklər boyunca hər zaman dişlərini müalicə etməyə çalışıblar. Bəzən məntiqə uyğun , bəzən də sadəcə ağrını dayandırmaq üçün.
Bugünki zamanda sahib olduqlarımız üçün nə qədər şanslı olduğumuzu unutmayaq əziz Seodent oxuyucuları 🙂