Gülümsəmək insan üçün ən gözəl vərdişlərdən biridir. Parlaq və ağ dişlər isə bu gülümsəməni daha cəlbedici edir. Buna görədə dişlərin ağardılması ən çox yayılan stomatoloji prosedurlardandır. Bəs dişlərin ağardılması üçün hansı prosedurlar mövcutdur və bu üsulların diş sağlamlığına təsiri necədir? Diş ağartma üsulları və həkim məsləhəti haqqında olan bu yazımızda bütün məlumatları qeyd edəcəyik.
Diş ağartma üsulları
Dişlərin rənginin dəyişməsinin əsas səbəbləri arasında qidalanma ( çay,kofe,spirtli içkilər, şəkərli içkilər və s.), siqaret, dərman qəbulu və başqa səbəblər ola bilər. Dişlərin ağardılması üçün aşağıda qeyd edəcəyimiz üsullar mövcutdur.
- Dişlərin gigiyenik təmizlənməsi (klinik metod) – stomatoloqlar tərəfindən tətbiq edilən edilən bu metod dişləri öz təbii bəyazlığına döndürür. Bu prosedurda diş daşları,diş ləkələri, evdə təmizlənməsi mümkün olmayan diş aralarındakı ləkələr təmizlənir. Bunun üçün bir neçə prosedur tətbiq edilə bilər. Skeyler,air flow və cilalama prosedurları. Bu, ən çox istifadə olunan və hər kəsin etdirməli olacağı stomatolji prosedurdur.
- Dişlərin kimyəvi ağardılması, Zoom – dişlərin kimyəvi ağardılması prosesində dişlər xüsusi kimyəvi maddə ilə örtülur və zoom aparatı ilə tətbiq olunan işıq altında bir müddət gözlədilir. Bu prosedurla dişləri bir neçə ton ağartmaq mümküdür. Lazım gəldiyi hallarda prosedur bir neçə gün sonra təkrarlana bilər. Dişlərin kimyəvi ağardılması zamanı pasiyentlərdə, dişlərdə həssaslığın yaranıb yaranmaması ilə bağlı suallar olur. Dişlərin kimyəvi ağardılması zamanı həssaslıq yaranma ehtimalı varsa, həkiminiz bu barədə sizi xəbərdar edəcəkdir. Dişlərdə aşınma, karies, diş əti xəstəlikləri və s. vəziyyət olarsa diş həkiminiz həmin problemləri həll etdikdən sonra kimyəvi ağartma tətbiq edə bilər. Plomb varsa yenilənə bilər.
- Diş ağartma məhsulları – mağazalarda satılan diş ağartma məhsulları, diş ağartma pastaları, diş ağardıcı qələm, diş ağardıcı gellər, tozlar və s. məhsullar geniş istifadə olunur. Lakin bu məhsulların təsiri adətən müvəqqəti olur və peşəkar üsullarla müqayisədə zəif nəticə verir. Mağazada satılan diş ağartma məhsullarını istifadə etməmişdən əvvəl yaxşı araşdırın, çox istifadə etməyin və diş həkiminiz ilə məsləhətləşin.
Dişlərin bəyazladılmasında həkim məsləhəti
- Dişlərinizi ağartmağı düşünürsünüzsə, ilk növbədə stomatoloq məsləhəti alın.
- Həddindən artıq ağartma prosedurlarından çəkinin, çünki bu, diş minasının incəlməsinə səbəb ola bilər.
- Siqaret,qəhvə və qara çay kimi dişləri saraldan vərdişləri azaltmaq dişlərin təbii rəngini daha uzun müddət qorumağa kömək edər.
- Dişlərinizin bəyazlığınızı daim qorumaq və sağlam dişlərə sahib olmaq üçün mütəmadi olaraq diş həkim müayinəsindən keçin.
Nəticə olaraq, dişlərin ağardılması düzgün aparıldıqda estetik cəhətdən gözəl bir gülüş qazandırır. Lakin diş sağlamlığını qorumaq üçün dişlərin bəyazladılması peşəkar stomatoloq nəzarəti altında aparılması vacibdir.