Bildiyimiz kimi diş fırçalamaq ağız boşluğunun əsas baxım hissəsidir, lakin tək başına yetərli deyil. Ağız boşluğu, diş və diş əti sağlamlığı üçün diş sapından mütləq istifadə etmək lazımdır. Son zamanlarda insanlarımız daha çox maariflənərək diş saplarından istifadəyə daha ciddi fikir verməkdədir. Bu hal çox sevindiricidir.

Diş ipi nədir?

Diş sapı – dişlərin arasında qalan qida qalıqlarını və bakteriyalarını təmizləmək üçün istifadə olunan nazik, elastik sapdır. Diş fırçası ilə təmizlənməsi mümkün olmayan yerlərə rahatlıqla çataraq, ağız gigiyenasını tamamlamaq üçün nəzərdə tutulub. Adətən iki formada olur:

  • Sadə diş sapı – barmaqların köməkliyi ilə diş aralarına yerləşdirilir. Daha yaxşı nəticə üçün stomatoloqlar tərəfindən məsləhət görülür.
  • Sap tutacağı olan – sapın plastik çərçivəyə taxıldığı istifadəsi daha rahat olan formasıdır.

Diş sapından istifadə etək üçün əsas 5 səbəb!

  1. Fırçanın çata bilmədiyi yerləri təmizləyir
    • Diş fırçası əsasən dişlərin ön və arxa səthlərini təmizləyir. Diş aralarına çatmağı çətin olur. Diş sapı, diş flrçasının çata bilmədiyi sahələri effektiv şəkildə təmizləyir.
  2. Diş əti xəstəliklərinin qarşısını alır
    • Diş aralarında toplanan plak, bakteriyalar, qida qalıqları zamanla diş əti iltihabına səbəb ola bilər. Diş sapı bu bölgələrdəki bakteriyaları təmizləyərək diş əti qanaması, şişməsi və digər ciddi diş əti problemlərinin qarşısını alır.
  3. Ağız qoxusunun qarşısını alır
    • Ağız qoxusunun əsas səbəblərindən biri diş aralarında qalan qida qalıqlarıdır. Diş ipindən müntəzəm istifadə bu qalıqları təmizləyərək daha təmiz nəfəs və xoş ağız qoxusu təmin edir. Bəzi firmalar diş saplarına xüsüsi təravətləndiricilər əlavə edərək daha təravətli nəfəs vədd edir.
  4. Dişlərin çürüməsinin qarşısını alır
    • Diş aralarında yığılan qalıqlar zamanla diş minasına zərər verə və çürüməyə səbəb ola bilər. Dental saplar bu riski azaltmağa kömək edir və bu sayədə dişləriniz daha uzun ömür olur!
  5. Gözəl təbəssüm üçün daha sağlam diş və diş əti
    • Diş saplarında davamlı istifadə diş əti xəstəliklərinin qarşısını alaraq diş ətlərini möhkəmləndirir və sağlam görünüş verir. Sağlam diş əti isə ağ, parlaq dişlərlə birlikdə daha estetik və cəlb edici təbəssüm yaradır. Dişlərin gözəlliyi və sağlamlığı üçün diş sapı istifadəsi vacibdir.

Diş sapı istifadəsini çox insan o qədərdə vacib görməyə bilər . Amma ağız boşluğu sağlamlığınız üçün bu diş fırçalamaq qədər əhəmiyyətlidir. Gündə bir dəfə, axşam yeməyindən sonra diş sapından istifadə etməklə sağlam gülümsəmənizi qoruyun!

ŞƏRH YAZ