Diş əti xəstəlikləri nələrdir?

Diş əti xəstəlikləri, əsasən, bakteriyaların diş əti səthində çoxalması və diş ətində iltihab yaratması nəticəsində yaranır. İki əsas növü vardır :

  • Gingivit : diş ətinin səthi qatında yaranan iltihabdır. Qızartı, şişkinlik və qanama ilə müşayiət olunur.
  • Parodontit : diş ətinin dərin qatlarını, sümük və dişləri saxlayan toxumaları zədələyən daha ağır formada xəstəlikdir. Vaxtında müalicə olunmazsa, dişlərin itirilməsinə səbəb ola bilər.

Diş əti xəstəliklərinin əlamətləri

  • Diş əti qanaması : ən çox rast gəlinən əlamətdir. Dişləri fırçaladıqda və ya diş sapı istifadə edərkən qanama müşahidə edilə bilər.
  • Qızartı və şişkinlik : diş ətinin normaldan daha qırmızı və həssas olması.
  • Ağız qoxusu ( Halitoz) : daimi pis qoxu, bakteriyaların həddən artıq çoxalmasına işarədir.
  • Diş ətinin geri çəkilməsi : diş əti diş köklərindən uzaqlaşır, dişlər uzun görünməyə başlayır.
  • Dişlərin hərəkətliyi ( diş laxlaması ) : xüsusilə parodonti zamanı dişlər sallanır və boşluq yaranır

Risk amilləri :

  • Ağız gigiyenası : dişlərin düzgün fırçalanmaması, diş sapından istifadə etməmək. Əlavə olaraq dil təmizliyidə
  • Siqaret və tütün məhsulları : tütün istifadəsi diş əti sağlamlığını zəiflədir, qan dövranını pisləşdirir
  • Qidalanma vərdişləri : şəkərli qidalar, alkoqol və s. zərərli qida və içkilər diş sağlamlığına mənfi təsir göstərir
  • Genetik meyillilik : bəzi insanlarda diş əti xəstəliklərinə qarşı daha yüksək həssaslıq ola bilər
  • Xroniki xəstəliklər : şəkərli diabet, vitamin çatışmamazlığı və immun sistemi zəyiflədən digər xəstəliklər diş əti problemlərini artırır
  • Stress : immun sistemini zəiflədə bilər, bakteriyalarla mübarizə qabiliyyətini azaldır

Profilaktika və qoruyucu tədbirlər

  • Sağlam qidalanma : sağlamlığın əsas qaydası düzgün qidalanmaqdır. Sağlam qidalanma dişləriniz üçündə çox önəmlidir
  • Düzgün fırçalama texnikası : gündə 2 dəfə ( səhər, axşam ) 1 dəqiqədən az olmamaq şərti ilə dişləri fırçalamaq. Fırçalama zamanı yumuşaq və dairəvi hərəkətlərlə etmək məsləhətdir
  • Diş sapı və dil təmizləyicilər : diş sapıda ən az diş fırçalamaq qədər önəmlidir. Ağız baxımı edərkən baxımı tam etməyə çalışın . Dil təmizliyi etmək, orda yığılan bakteriyalardan qurtulmaq lazımdır
  • Müntəzəm diş həkimi müayinəsi : hər 6 aydan bir diş həkiminizə görünməli və həkiminizin məsləhəti ilə lazımı prosedurlar edilməlidir.

Diş əti xəstəlikləri vaxtında aşkarlanıb müalicə edilmədikdə dişlərin itksi və daha ciddi ağız boşluğu problemlərinə yol aça bilər. Müntəzəm diş həkimi müayinələri, düzgün ağız gigiyenası və sağlam qidalanma diş xəstəliklərinin qarşısını almağın əsas qaydalarıdı.

Qeyd : bu məlumatlar maarifləndirici xarekter daşıyır. Dəqiq diaqnoz və müalicə üçün stomatoloq həkiminizə görünün.

ŞƏRH YAZ