Dişlərin ağ və parlaq görünməsi estetik baxımdan çoxları üçün önəmlidir. Diş ağartma məqsədi ilə diş ağardıcı pasta (məcun) geniş istifadə olunur. Diş ağartmaq üçün istifadə olunan pastaların effektivliyi və təhlükəsizliyi barədə müxtəlif fikirlər mövcuddur. Bu məqaləmiz diş ağardıcı pastaların faydaları, zərərləri və alternativ ağartma üsulları haqqında olacaq.
Diş ağardıcı pastaların faydaları
- Səthi ləkələrin təmizlənməsi: qəhvə, çay və tütün kimi məhsulardan yaranan səthi ləkələrin aradan qaldırılmasına kömək edir.
- Qısa müddətli istifadə üçün uyğundur: aşındırıcı tərkibi çox olan pastalar müntəzəm deyil, arada bir istifadə edildikdə daha təhlükəsizdir. Davamlı çox istifadə diş minasını zəiflədə və həssaslıq yarada bilər.
- Təravətli nəfəs təminatı: ağardıcı xüsusiyyətləri ilə yanaşı, ağız qoxusunu da azalda bilər. Əlavə olaraq ağız qoxusu haqqında məlumat almaq üçun Ağız Qoxusu: Səbəbləri, Təbii Həll Yolları və Həkim Məsləhətləri adlı yazımızıda oxuya bilərsiniz.
Diş ağardıcı pastaların (məcunların) zərərləri
Diş minasına zərər: bir çox diş məcunlarının tərkibində yüksək aşındırıcı maddələr mövcuddur ki, bu da diş minasını zəiflədə bilər.
Həssaslıq: tez-tez istifadə edildikdə dişlərin həssaslığını artırma riski vardır.
Effektlivliyin məhdudluğu: diş ağardıcı pasta əsasən səthi ləkələri təmizləyir və dişlərdəki dərin ləkələrdə gücsüz qalır.
Alternativ diş ağartma üsulları
- Peşəkar diş ağartma prosedurları: stomatoloq həkim tərəfindən həyata keçirilən diş ağartma üsulları daha effektiv nəticə verəcəkdir. Diş ağartma usulları haqqında ətraflı digər bir yazımızda danışacayıq.
- Sağlam qidalanma və ağız gigiyenası: dişləriniz üçün zərərli olan şəkərli, boyalı,aşındırıcı qidalardan uzaq durmaq, düzgun diş fırçalama və diş baxımı etmək lazımdır.
- Ev şəraitində edilən digər üsullar: bəzi insanların ev şəraitində hardansa eşitdikləri qaydada düzgün olmayan diş ağartma “prosedurları” edirlər. Ev şəraitində dişlərinizə tətbiq etmək istədiyiniz hər hansısa bir üsul varsa ilk öncə diş həkiminiz ilə məsləhətləşin.
Diş ağardıcı pastalar səthi ləkələrin təmizlənməsində faydalı olsa da, onların uzun müddətli daimi istifadəsi bəzi risklər daşıyır. Daha effektiv və təhlükəsiz nəticələr üçün peşəkar diş ağartma prosedurları və düzgun ağız gigiyenası tövsiyyə olunur. Diş ağardıcı pastalar (məcunlar) həkimlər tərəfindən tövsiyə edilən markadısa və düzgün qaydada istifadə olunarsa dişlərinizə çox bir ziyan etməz.